COP29

"Bu qələbə məni xoşbəxt etmədi, bizə yaraşanı edə bilmədik”

08:20 Basketbol 136
"Bu qələbə məni xoşbəxt etmədi, bizə yaraşanı edə bilmədik”

"Əslində bugünkü qələbə məni xoşbəxt etmədi".

Sportinfo.az xəbər verir ki, bunu "Naxçıvan" basketbol klubunun baş məşqçisi Murat Dikmen NTD-yə qarşı Azərbaycan Basketbol Liqasının II turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:

"Əslində bugünkü qalibiyyət məni xoşbəxt etmədi. Yaxşı oynamadıq. Bu durumda qələbə qazanmaq bizim üçün çox önəmli idi.

İlk olaraq NTD komandasını təbrik edirəm, yaxşı mübarizə apardılar. Həqiqətən də çox pis basketbol oynadıq.

Bizə yaraşanı edə bilmədik. İstər hücumda, istərsə də müdafiədə çox səhvlərə yol verdik. Kollektivimiz yenidir və hələ yolun əvvəlindəyik.

Önəmli olan səhvlərimizdən dərs çıxarmaqdır. İkinci qalibiyyətimizdir. Oyunçularımı mübarizələrindən ötrü təbrik edirəm.

Bundan sonra adi səhvlər etmədən qalib gəlməliyik. Daha yaxşı oynamalıyıq. Basketbolçularıma çox güvənirəm".

"Naxçıvan" - NTD qarşılaşması birincilərin 72:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?