COP29

"Neftçi"nin baş məşqçisi: “Yeni mövsümdə hədəfimiz çempionluqdur”

03:00 Basketbol 84
"Neftçi"nin baş məşqçisi: “Yeni mövsümdə hədəfimiz çempionluqdur”

"Bizi çox maraqlı çempionat gözləyir".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi" komandasının baş məşqçisi Anar Sarıyev Azərbaycan Basketbol Liqasının 2024-2025-ci illər mövsümü barədə danışarkən deyib.

Mütəxəssis liqada bütün komandaların gücləndiyini bildirib:

"Artıq yeni mövsümdə komandalar "4+1" legioner limiti ilə oynayacaq. Bu da çempionatın səviyyəsinə müsbət mənada təsir edəcək. Azərbaycana təşrif buyuran legionerlərin 90 faizi kolleci yeni bitirən amerikalılardır. Onlar da öz idman həyatlarına yeni addım atacaqlar".

Gənc mütəxəssis hədəflərinin Azərbaycan çempionluğunu qazanmaq olduğunu vurğulayıb:

"Təkcə "Neftçi" deyil, digər kollektivlərin də hədəfi birinci olmaqdır. Mən oyunçu kimi də hər zaman çempionluq əldə etmək məqsədində olmuşam. İndi qalib gəlmək mentalitetini basketbolçulara ötürmək lazımdır.

"Sabah"ı bu liqanın favoriti hesab edirlər. Onların çox yaxşı heyəti və büdcəsi var. Lakin biz də təslim olmaq niyyətində deyilik".

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?