COP29

"Məğlubiyyətə baxmayaraq qrupdan çıxmaq üçün şanslarımız var"

01:20 Basketbol 77
"Məğlubiyyətə baxmayaraq qrupdan çıxmaq üçün şanslarımız var"

"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytisin Avropa kubokunun "Maroussi" ilə görüşündən sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, litvalı mütəxəssis Azərbaycan çempionunun bu oyundakı məğlubiyyəti haqda bu cür danışıb:

"Maroussi” yüz illik tarixi, basketbol ənənələri olan komandadır. Daxili çempionatlarında da yaxşı çıxış edirlər.

Son turda çempionlar liqasında iştirak edən “Kolossos”u məğlub ediblər. “Norrköping”lə 28, “Spirou” ilə oyunda 38 xal toplayan DeAndre dünən dizində ağrılar hiss etdiyi üçün bu dəfə heyətdə yox idi.

Daha öncə Endər zədələnmişdi. Mövcud şəraitdə rotasiya ilə bağlı problemləri nəzərə alsaq, oyunda olan basketbolçularımızın mübarizəsindən razıyam.

“Maroussi” bizim qrupun favoritidir. Qarşıda bizi daha 4 oyun gözləyir. Məğlubiyyətə baxmayaraq qrupdan çıxmaq üçün şanslarımız var".

"Sabah" Yunanıstan klubuna 70:82 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?