COP29

Azərbaycan ilk dəfə bu oyunlara ev sahibliyi edəcək

12 Oktyabr 04:40 Basketbol 1 186
Azərbaycan ilk dəfə bu oyunlara ev sahibliyi edəcək

Azərbaycan Basketbol Federasiyası (ABF) ilə ali basketbol qurumu FIBA arasında imzalanmış müqaviləyə əsasən, ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun (2025) seçmə mərhələ oyunları ölkəmizdə keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 24 və 25 may tarixlərində Bakıda baş tutacaq seçmə mərhələ oyunlarında, 6 kişi və 6 qadın milli komanda əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Bu millilər arasında kişilərdən və qadınlardan ibarət yığmalarımız da iştirak edəcəklər.

Kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 milli komandası Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti