Avropa Kubokunun qrup mərhələsi başlamazdan əvvəl FİBA yenidən bu turnirdə oynayacaq və uğur qazanmağa çalışacaq beş basketbolçunu qeyd edib.
Sportinfo.az xəbər verir ki, “Sabah”ın mərkəz oyunçusu Klavs Kavars ilk 5-liyə daxil olub.
FİBA Azərbaycan çempionunun oyunçusu haqda bunu yazıb:
“Latviya millisinin üzvü “Sabah”a keçib. Bundan əvvəl 2019/2020 mövsümündə “Ventspils”də çıxış edib.
28 yaşlı forvard 11,3 xal və 7,4 ribaundla Latviya yığmasını 1/4 finala çıxarıb. Kavarsın zəngin təcrübəsi "Sabah"a normal mövsümdə ilk dəfə vəsiqə qazanmağa kömək edə bilər".