"Gəncə" basketbol klubunun kapitanı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
E.Şirzadov "Gəncə"nin yeni transferidir. Komandada kapitanlıq sarğısını Azərbaycan millisinin də üzvü olan Elşad Şirzadov daşıyacaq.
26 yaşlı basketbolçu kapitan təyin olunması ilə bağlı təəssüratlarını bölüşüb:
"Mənə inanan, kapitanlığa layiq görən məşqçilərimizə minnətdaram. Ümidləri doğrultmağa çalışacam.
Kapitan kimi həm məşqçilərlə, həm də oyunçularla münasibətim yaxşı olmalıdır. Bunu anlayıram.
Meydanda və ondan kənarda üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərəcəyəm. Kollektivimizin bir ailə olması üçün əlimdən gələni edəcəyəm.
Qalib gələndə bir olmaq asandır, uduzanda komandanı toparlamaq lazımdır. Məsuliyyətli funksiyam var, bunu başa düşürəm.
Kapitan seçildiyim üçün həm də sevincliyəm”.