"Şəki" basketbol klubu növbəti transferini rəsmiləşdirib.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisu 25 yaşlı ABŞ-li oyunqurucusu Roti Veyrlə anlaşıb.
Ötən mövsümü Kiprin PAEEK klubunda keçirmiş basketbolçu "Şəki"də 2 nömrəli formanı geyinəcək.
Bedri Meriçin rəhbərlik etdiyi kollektiv daha əvvəl legionerlərdən Kris Barton, Karl Cons, Aleks Koldvell və Coş Robinsonu transfer edib.