"Sabah" FİBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununu oktyabrın 9-da keçirəcək.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu G qrupunda birinci oyununu "Spiru"ya (Belçika) qarşı oynayacaq.
Qarşılaşmaya Bakı vaxtı ilə 22:30-da start veriləcək. Həmin oyun İTV-də canlı yayımlanacaq.
"Sabah"ın qrupdakı digər iki rəqibi isə "Nörçöppinq Delfins"(İsveç) və "Marussi"(Yunanıstan) klublarıdır.