COP29

29 yaşlı amerikalı oyunqurucusu ölkəmizə gəldi

03:30 Basketbol 136
29 yaşlı amerikalı oyunqurucusu ölkəmizə gəldi

“Sumqayıt" heyətini yeni basketbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 185 sm boya malik 29 yaşlı oyunqurucusu Kaelen Melounla 1 illik müqavilə imzalayıb.

ABŞ-li basketbolçu buna qədər ölkəsinin “Uçita Steyt Şokers”, “Oral Roberts Universiti” və Kiprin “APOP Pafu” klublarında çıxış edib.

O, ötən mövsüm Sloveniyanın “Terme Olimiya” komandasının şərəfini qoruyub.

Buna qədər “Sumqayıt” daha 3 amerikalı basketbolçunu (Derrik Nyuton, Calen Houkins və Ceylon Klark) heyətinə cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 02:50 Yığmamız ruslara uduzdu