COP29

"Komandanın səviyyəsi haqda hazırda heç nə deyə bilmərəm"

03:50 Basketbol 87
"Komandanın səviyyəsi haqda hazırda heç nə deyə bilmərəm"

"Çempionat start götürənə qədər keçirəcəyimiz hazırlıq oyunlarında nəyə qadir olduğumuzu görəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksandr Mixaylov klubun mətbuat xidmətinə açıqlamasında komandanın Azərbaycan Basketbol Liqasının cari mövsümünə hazırlıqları dəyərləndirərkən deyib.

Rusiyalı mütəxəssis komandanın hazırkı durumu və hədəflərindən danışıb:

“Komandanın səviyyəsi haqqında hazırda heç nə deyə bilmərəm. Çünki hələ tam heyətlə məşq etmirik.

Üç amerikalı oyunçu da sıralarımıza qoşulmalıdır. İndiki məqamda sadə kombinasiyaları və atışları sınaqdan keçiririk.

Hələ ki, əlimizin altında olan basketbolçuların fərdi keyfiyyətindən razıyıq.

Hədəflərimizə gəlincə, ilk növbədə döyüşkən kollektiv formalaşdırmaq istəyirik. Ondan sonra pley-offa vəsiqə qazanmaq uğrunda mübarizə aparacağıq”.

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü oktyabrın 18-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 19:20 Mahir Emreli 3 ad çəkdi