COP29

Millimizlə bağlı XƏBƏR

27 Sentyabr 03:00 Basketbol 201
Millimizlə bağlı XƏBƏR

Final mərhələsi 2025-ci ilin iyununda baş tutacaq qadınlar arasında basketbol üzrə Avropa çempionatının (Eurobasket) seçmə qrup oyunları çərçivəsində, millimizin oyun qrafikində dəyişikliklər olub.

Sportinfo.azxəbər verir ki, Beynəlxalq Basketbol Federasiyası FIBA-nın yekun qərarına əsasən, 7 noyabr Bakıda Polşa yığmasını qəbul etməli olan millimiz bu oyunu Polşanın Sosnoviç şəhərində yerləşən "Sosnoviç" arenada keçirəcək və Polşa millisi ev sahibi komanda olacaq.

Əvəzində isə 2025-ci il 9 fevral tarixində millimiz Bakıda Polşa yığmasını qəbul edəcək. 10 noyabr Bakıda Litva millisi ilə keçirilməli olan görüş də, "Sosnoviç" arenada oynanılacaq.

Qeyd olunan dəyişikliklərə əsas səbəb, noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiridir.

Digər Xəbərlər
Xəbər Lenti