COP29

Buradan getmədi, klubunu dəyişdi

26 Sentyabr 04:40 Basketbol 245
Buradan getmədi, klubunu dəyişdi

"Abşeron" amerikalı basketbolçunu heyətinə qatıb.

Sportinfp.az xəbər verir ki, 196 sm boya malik Aubri Makalpaynla mövsümün sonuna qədər müqavilə imzalanıb.

O, ötən mövsümü də ölkəmizdə keçirib. Aubri "Naxçıvan"ın ("Xəzri") heyətində çıxış edib.

"Abşeron" buna qədər heyətini amerikalı basketbolçular Sedrik Conson, Jaja Devis, Lari Robinson, Kalen Şou, Villiam Cenkins, yerli basketbolçulardan isə Hüseyn Məmmədov, Azər İbrahimov və İsmayıl Abdullayevlə gücləndirib.

Ötən mövsüm komandanın (köhnə adı ilə "Xırdalan") şərəfini qorumuş Nəcəf Babayev və Elçin Salmanzadə ilə isə müqavilənin müddəti daha bir il artırılıb.

Digər Xəbərlər
Xəbər Lenti