COP29

"Cibo" ləqəbli hücumçu ilə mövsümün sonunadək müqavilə imzalandı

26 Sentyabr 04:30 Basketbol 266
"Cibo" ləqəbli hücumçu ilə mövsümün sonunadək müqavilə imzalandı

"Gəncə" basketbol klubu Azərbaycan millisinin üzvünü heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, "sarı-göylər" Cəbrayıl Əkbərovla anlaşıb.

"Cibo" ləqəbli hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, basketbolçu 2022/2023 mövsümündə də Gəncə klubunun formasını geyinib. O, komanda ilə Azərbaycan Kubokunun qalibi olub və ölkə çempionatında gümüş mükafata sahib çıxıb.

Ötən mövsüm "Sərhədçi"də çıxış edən Cəbrayıl Əkbərov Çempionlar Liqasının təsnifat mərhələsinin oyunları üçün "Sabah"ın heyətində də yer almışdı.

"Gəncə" daha əvvəl yerli basketbolçulardan Elşad Şirzadov, Maqsud Rüstəmov, Nicat Hüseynov, əcnəbilərdən isə Lavon Holland, Kaan Yıldırımkanlı, Cordan Forbs, Barrel Romelo və Marqus Gilson ilə müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti