COP29

Azərbaycan yığmasında forma geyinmiş gürcü ilə razılıq əldə olundu

25 Sentyabr 03:50 Basketbol 245
Azərbaycan yığmasında forma geyinmiş gürcü ilə razılıq əldə olundu

“Naxçıvan” daha bir basketbolçu ilə müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın U-16 və U-18 millilərində çıxış edən Papuna Kirtadze ilə razılıq əldə olunub.

184 sm boya malik 23 yaşlı basketbolçu son olaraq Gürcüstan A liqasında mübarizə aparan Kutaisi Akaki Tsereteli Dövlət Universitetinin komandasında çıxış edib.

Naxçıvan klubu bundan öncə Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins və Ahmet Karaçelik ilə müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti