COP29

16 yaşlı yeniyetmə yüksək liqa komandasına cəlb olundu

25 Sentyabr 03:30 Basketbol 269
16 yaşlı yeniyetmə yüksək liqa komandasına cəlb olundu

"Abşeron" yeni mövsümün startından öncə daha bir gənc basketbolçunu heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, U-16 millisinin üzvü Azər İbrahimov bu mövsüm komandanın şərəfini qoruyacaq.

Oyunqurucusu mövqeyində çıxış edən basketbolçu ilk dəfə yüksək liqa komandasının heyətində debütünü reallşadıracaq.

"Abşeron" buna qədər heyətini amerikalı basketbolçular Sedrik Conson, Jaja Davis, Lari Robinson, Jalen Şou, yerli basketbolçulardan isə Hüseyn Məmmədov və İsmayıl Abdullayevlə gücləndirib.

Ötən mövsüm komandanın (köhnə adı ilə "Xırdalan") formasını geyinmiş Nəcəf Babayev və Elçin Salmanzadə ilə müqavilənin müddəti daha bir il artırılıb.

Digər Xəbərlər
Xəbər Lenti