COP29

Lənkəran klubu daha bir legioneri sıralarına qatdı

18 Sentyabr 17:40 Basketbol 229
Lənkəran klubu daha bir legioneri sıralarına qatdı

"Lənkəran" daha bir basketbolçunun keçidini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, cənub təmsilçisi ABŞ-li Ceremi Berraytı heyətinə qatıb.

34 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Son iş yeri İsveçin “Okelbo” klubu olan Berrayt “Gieben Pointers” (Almaniya), “Vankuver Volkanoes” (ABŞ), “Araraquara” (Braziliya) komandalarında çıxış edib.

“Lənkəran” bundan əvvəl Cereminin həmyerlisi Qreqori Miltonu heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!