COP29

Çempionlar Liqasında debüt edən Azərbaycan klubu uduzdu

18 Sentyabr 00:50 Basketbol 180
Çempionlar Liqasında debüt edən Azərbaycan klubu uduzdu

“Sabah” basketbol klubu Antalyada (Türkiyə) Çempionlar Liqasında debüt edib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu ilk təsnifat oyununda İsveç çempionu “Norrçöpinq Dolfins”lə qarşılaşıb.

Bu, Azərbaycan basketbolunun Çempionlar Liqasında debüt oyunu olub.

İsveç klubu ikinci təsnifat oyununda İsveçrənin “Friburq Olimpik” klubu ilə qarşılaşacaq. Bu qarşılaşma sentyabrın 19-da baş tutacaq və saat 17:30-da başlayacaq.

Sentyabrın 21-də bu qrupun seçmə turnirinin qalibi müəyyənləşəcək, o, adi mövsümün G qrupuna vəsiqə qazanacaq.

Onun rəqibləri İspaniya, İtaliya və Almaniya klubları olacaq. “Sabah” isə avrokuboklara “Europe Cup”da davam edəcək.

“Sabah” (Azərbaycan) – “Nörçöppinq Dolfins” (İsveç) - 71:75

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM