COP29

Azərbaycanda tanınmış klubun adı dəyişdirildi - Naxçıvan çempionatda təmsil olunacaq

13 Sentyabr 01:50 Basketbol 375
Azərbaycanda tanınmış klubun adı dəyişdirildi - Naxçıvan çempionatda təmsil olunacaq

Azərbaycan Basketbol Liqasının 2023-2024-cü illər mövsümünün gümüş mükafatçısı olmuş “Xəzri”nin adı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, AZƏRTAC-ın əldə etdiyi məlumata görə, ötən mövsüm Bakını təmsil edən kollektiv 12 klubun çıxış edəcəyi növbəti çempionatda “Naxçıvan” adı ilə mübarizə aparacaq.

Muxtar respublikanı təmsil edəcək komandanın baş məşqçisi ötən mövsüm “Xəzri”yə rəhbərlik etmiş türkiyəli mütəxəssis Murat Dikmən olacaq.

Azərbaycan Basketbol Liqasının yeni mövsümündə “Lənkəran” və MOİK kollektivləri də debüt edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə