Rayon klubu növbəti transferini reallaşdırdı - Amerikalı

11 Sentyabr 2024 03:10 Basketbol 323
Rayon klubu növbəti transferini reallaşdırdı - Amerikalı

“Şəki” mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi ABŞ-dan olan Kristofer Bartonu heyətinə qatıb.

Oyunqurucu mövqeyində çıxış edən basketbolçu ilə 1 illik müqavilə imzalanıb.

Komanda daha əvvəl Azərbaycan millisinin üzvü Ərcan Donatı transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti