COP29

Azərbaycan çempionatının debütantı iki legioner transfer etdi

9 Sentyabr 03:50 Basketbol 316
Azərbaycan çempionatının debütantı iki legioner transfer etdi

Bu mövsüm Azərbaycan Basketbol Liqasında debüt edəcək MOİK heyətini iki legioner oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, komanda ukraynalı Vladimir Markovetski və ABŞ-dan olan Qriffin Rammeni transfer edib.

Hər iki basketbolçu ilə 1 illik müqavilə imzalanıb.

V.Markovetski son olaraq ABŞ-ın “San Fransisko Dons”, Q.Ramme isə ötən mövsüm Xaçmazı təmsil edən NTD komandasında çıxış edib.

MOİK-ə yeni mövsümdə ispaniyalı baş məşqçi Alberto Blanko rəhbərlik edəcək. O, həmçinin kişi basketbolçulardan ibarət Azərbaycan millisində işləyir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…