COP29

Rayona köçmüş klub niyə yenidən Bakıya qaytarıldı?

9 Sentyabr 03:40 Basketbol 2 116
Rayona köçmüş klub niyə yenidən Bakıya qaytarıldı?

Azərbaycan basketbolunun ənənəvi komandalarından olan NTD bu mövsüm yenidən paytaxtı təmsil etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, klub Bakı təmsilçisi kimi baş məşqçi Tahir Baxşıyevin rəhbərliyi ilə yoluna davam edəcək.

Komandanın bu qərarının səbəbini bilmək üçün mətbuat katibi Teymur Maqsudova üz tutduq. Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Keçən mövsüm federasiyanın təşəbbüsü ilə NTD Xaçmaza köçmüşdü. Lakin bu əməkdaşlıq müddəti başa çatıb.

Hər iki tərəf razılaşıb ki, əməkdaşlıq yenidən uzadılmasın.

NTD artıq Bakıya qayıdıb və 20 ildən çoxdur olduğu kimi, yenidən paytaxtı təmsil etməyə davam edəcək"

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…