COP29

Lənkəran və Qubada yeni yaradılan klublar Azərbaycan çempionatına buraxıldı!

9 Sentyabr 01:50 Basketbol 3 478
Lənkəran və Qubada yeni yaradılan klublar Azərbaycan çempionatına buraxıldı!

Azərbaycan Basketbol Liqasının 2024-2025-ci illər mövsümündə yeni adla daha bir komanda mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 12 klubun çıxış edəcəyi ölkə çempionatında “Quba” də olacaq.

Şimal təmsilçisi liqada “Cəlilabad”ı əvəzləyib.

Bölgə təmsilçisinin baş məşqçi postuna isə ötən mövsüm “Cəlilabad”a rəhbərlik edən Şəhriyar Əsgərov təyin olunub.

Artıq komandanın heyətinə 4 amerikalı basketbolçu cəlb edilib. Bunlar Davonet Qraven, Kameron Cons, Malik Hant və Simon Kirklanddır. Həmin oyunçularla 1 illik müqavilə imzalanıb.

Ötən mövsüm “Cəlilabad”ın heyətində forma geyinən Zaur Paşayev, Fikrət Paşayev, Andrey Kondratiyev və Levan Qoqaladze (Gürcüstan) də “Quba” komandasına keçiblər.

Azərbaycan Basketbol Liqasının yeni mövsümündə “Lənkəran” və MOİK kollektivləri də debüt edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…