İspaniyalı Müdafiə Nazirliyinin klubunun baş məşqçisi oldu

7 Sentyabr 2024 09:20 Basketbol 701
İspaniyalı Müdafiə Nazirliyinin klubunun baş məşqçisi oldu

Yeni sezondan Azərbaycan Basketbol Liqasında iştirak edəcək MOİK-in baş məşqçisinin adına aydınlıq gətirilib.

Sportinfo.az xəbər verir ki, ordu klubunu ispaniyalı mütəxəssis çalışdıracaq.

Belə ki, əsas yığmamızda üçüncü məşqçi, U-20 yığmamızda isə baş məşqçi kimi çalışan Alberto Blanko yüksək liqa klubunda işləyəcək.

İspaniyalı MOİK-lə bir illik müqavilə imzalayıb.

Xəbər Lenti