COP29

"Sabah" Almaniya klubuna qalib gəlməyi bacardı

27 Avqust 03:30 Basketbol 348
"Sabah" Almaniya klubuna qalib gəlməyi bacardı

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək kişi basketbolçulardan ibarət "Sabah" təlim-məşq toplanışı keçdiyi Litvada ilk yoxlama matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, "bayquşlar" hazlıq oyununda Almaniya Bundesliqa təmsilçisi "Rostok Sivulvz"la üz-üzə gəlib.

Qarşılaşma Bakı komandasının 72:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu "Sabah"ın hazırlıq prosesi sentyabrın 10-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti