COP29

Millinin Leylası: “Qızlarla aramızda söz vermişdik ki…”

24 İyul 02:50 Basketbol 425
Millinin Leylası: “Qızlarla aramızda söz vermişdik ki…”

“Uzun zamandır bu turnirə hazırlaşırdıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Cəbəllütariqdə keçirilən Avropa çempionatının C divizionunun qalibi olan 16 yaşadək qızlardan ibarət Azərbaycan basketbol millisinin üzvü Leyla Allahverdiyeva deyib.

O, turnirindən öncə kuboku qazanacaqlarına inandıqlarını söyləyib:

“Əsl ailə kimi mübarizə apardıq. Qızlarla aramızda söz vermişdik ki, Azərbaycana yüksək nəticə ilə qayıdacağıq. Məşqçilərin dəstəyi bizə özünəinam verdi”.

Gənc basketbolçu qrupun ilk oyununda Ermənistan üzərində əldə edilən qələbənin komandaya böyük motivasiya verdiyini vurğulayıb:

“Ermənistanla oyundan əvvəl məşqçilər heyəti bizi yaxşı stimul verdi. Düzdür, həyəcan var idi. Lakin onlara qalib gəlməyi bacardıq”.

Azərbaycan millisi turnirin finalında Kipr seçməsinə 69:52 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Avropa çempionu olub.

Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?