Pitestidə (Rumıniya) basketbol üzrə gənclər arasında Avropa çempionatı, B divizionunun (U-20) oyunları başa çatıb.
Sportinfo.az xəbər verir ki, çempionatın son günündə Azərbaycanın kişilərdən ibarət yığması Ermənistan komandası ilə 19-cu yer uğrunda görüş keçirib.
Millimiz bu oyunda 61:71 hesabı ilə uduzub.
Bundan əvvəl komandamız beş oyunun hamısında uduzmuşdu.