COP29

Azərbaycanlı nazir Qurban Qurbanova təşəkkür etdi, "Qarabağ"a sözünü çatdırdı - FOTO

2 İyul 20:20 Basketbol 549
Azərbaycanlı nazir Qurban Qurbanova təşəkkür etdi, "Qarabağ"a sözünü çatdırdı - FOTO

Elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti, “Neftçi”nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev instaqram profilində paylaşım edib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı nazir "Qarabağ"ın basketbol oynamasına diqqət çəkib. O, basketbolun təşviqinə görə Qurban Qurbanova da təşəkkür edib:

"Qarabağ" klubunun futbolçularının basketbol məharəti! Afərin! Basketbolun təşviqinə görə Qurban Qurbanova xüsusi təşəkkür edirəm.

"Qarabağ" Futbol Klubunu Avropa Çempionlar Liqasının qrup mərhələsində, "Qarabağ" Basketbol Klubunu isə Azərbaycan Basketbol Liqasında görmək ümidi ilə..".

Azərbaycan Basketbol Liqasında hazırda 10 komanda mübarizə aparır və yeni sezondan liqada 12 komandanın olacağı istisna edilmir.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO