COP29

Yığmamız Lüksemburqu uddu, C divizionunda çempionluq qazandı

29 İyul 02:50 Basketbol 1 526
Yığmamız Lüksemburqu uddu, C divizionunda çempionluq qazandı

Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda Azərbaycan millisinin final oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, yığmamız həlledici matçda Lüksemburq seçməsi ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində davam edən oyun təmsilçilərimizin 77:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycanın U-18 millisi son olaraq 2016-cı ildə Avropa çempionatı C divizionunun qalibi olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti