COP29

“Ermənilərlə oyuna görə uşaqları sakitləşdirdik, başa saldıq ki...”

27 İyul 03:30 Basketbol 2 042
“Ermənilərlə oyuna görə uşaqları sakitləşdirdik, başa saldıq ki...”

"Uşaqlarda bir az həyəcan var idi.

Bu görüşün məsuliyyətini də dərk edirdilər".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisinin baş məşqçisi Anar Sarıyev Avropa çempionatının C divizionunda Ermənistanı məğlub (76:69) etdikləri matç barədə danışarkən deyib.

Mütəxəssis qarşılaşmaya tam hazır olduqlarını vurğulayıb:

"Oyuna çox yaxşı başladıq. Uşaqları sakitləşdirdik, nəyə görə oynadığımızı başa saldıq.

Bütün dünyaya qalib xalq olduğumuzu göstərmişik və yalnız idmançı kimi mübarizə aparmalıyıq. Görüşü qalibiyyətlə bitirdik. Uşaqları təbrik edirəm".

A.Sarıyev iyulun 27-də meydan sahibi Albaniyaya qarşı keçirəcəkləri yarımfinal oyununa da toxunub:

"Rəqibi analiz edəcəyik. Heç vaxt əvvəlcədən danışmağı sevmirəm. Lakin qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Millimizin Albaniya ilə Elbasan şəhərində baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?