COP29

"Müəyyən zəif tərəfləri var və bundan istifadə etməyə çalışacağıq"

27 İyul 03:00 Basketbol 1 119
"Müəyyən zəif tərəfləri var və bundan istifadə etməyə çalışacağıq"

"Kipr yarımfinalda görüşə biləcəyimiz ən çətin rəqibdir. Onları məğlub edib finala çıxacağımızı düşünürəm".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət millisinin baş məşqçisi Evren Alkaya Kosovoda keçirilən Avropa çempionatının yarımfinalında Kipr komandası ilə qarşılaşacaqları oyundan öncə deyib.

Millinin Kiprlə matçı bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Türkiyəli mütəxəssis uduzmaq niyyətində olmadıqlarını bildirib:

"Yarımfinalda Kiprlə qarşılaşacağıq. Hansı ki, 2022-ci ildə çempion olublar.

Öz yaş qrupunda ilk "3-lüy"ə düşmüş komandadır. Çox dinamik, müdafiə sistemi üzərindən oynayırlar.

Əslində, turnirin əvvəlindən bəri Kiprlə ya finalda, ya da yarımfinalda rəqib olacağımızı düşünürdüm. Ona görə də rəqibi izləyirdik.

Müəyyən zəif tərəfləri var və bundan istifadə etməyə çalışacağıq. Daha aqressiv olacağıq.

Bura qədər gəldikdən sonra uduzmaq niyyətimiz yoxdur. Maydan bəri yarışlara çox ciddi şəkildə hazırlaşırıq.

Düzdür, bir az yorğunluq var. Amma bu hər zaman olur. Komandamız gərgin oyuna hazırdır".

Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?