![“Daha əvvəl də söyləmişəm - Dəyişikliklər olacaq”](https://www.sportinfo.az/media/2025/02/09/f45b9160-f777-355f-a5ed-8cffe5c5bbe0_850.jpg)
"İlk hissəyə pis başladıq".
Sportinfo.az xəbər verir ki, bunu "Şəki"nin baş məşqçisi Bedri Meriç səfərdə "Gəncə"yə uduzduqları (77:91) Azərbaycan Basketbol Liqasının XIV turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis qələbə münasibəti ilə rəqibi təbrik edib:
"Gəncə" komandasına çox hücum ribaundu verdik. Bu həftə bir az uğursuz günlər yaşadıq. Şəki Olimpiya İdman Kompleksindəki tədbirlərə görə istədiyimiz məşqi edə bilmədik. Gəncəyə yalnız bir kontakt məşqi edərək gəldik. Oyunçumuz Karl Cons zəhərlənərək xəstələnmişdi. Amma bu gün qalib gələ bilərdik".
Baş məşqçi 3-cü periodda toparlandıqlarını söyləyib:
"Ancaq dediyim kimi, rəqib hücum ribaundlarından 25 xal qazandı. Bu, çox böyük rəqəmdir. Daha əvvəl də söylədiyim kimi, B qrupunda ilk üç pillədə dəyişikliklər olacaq. Bundan sonra mümkün qədər çox matçda qalib gəlməyə çalışacağıq. Müntəzəm çempionatda 6 oyunumuz qalıb. Hamısında qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. 1-ci ola bilməsək də, 2-3-cü yerin sahibi kimi pley-offa çıxmaq üçün hər şeyi edəcəyik".