COP29

Bu əcnəbi Azərbaycan millisində karyerasını başa vurdu

28 Avqust 03:20 Basketbol 1 080
Bu əcnəbi Azərbaycan millisində karyerasını başa vurdu

Qadın millimizin üzvü Marsedes Volker basketbolçu karyerasını yekunlaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

2015-ci ildən etibarən basketbol üzrə qadınlardan ibarət 3x3 Azərbaycan milli komandasının üzvü olan Marsedes Volker,peşəkar basketbolçu karyerasını başa vurub.

Marsedes Volker son oyununu Avropa Kubokunda Avstriya seçməsinə qarşı oynayıb.

Millinin heyətində 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Marsedes, bundan əlavə planetin ən böyük idman bayramı sayılan Olimpiya Oyunlarında da yığmamızın heyətində iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti