COP29

Ermənistanı məğlub edən millimizin baş məşqçisi: “Aqressiv oynadıq”

10 İyul 07:10 Basketbol 893
Ermənistanı məğlub edən millimizin baş məşqçisi: “Aqressiv oynadıq”

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millimiz Ermənistana qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığmamız rəqibini 86:59 hesablı məğlubiyyətə uğradıb.

Çalışdırıcı deyib:

“Görüşə yüksək səviyyədə hazırlaşmışdıq. Rəqibin hücumlarının qarşısını almağa çalışırdıq. Bunu bacardıq”.

Türkiyəli mütəxəssis Avropa çempionatının C divizionunun ilk matçında Ermənistan üzərində qazanılan qələbəni şərh edib:

“Müdafiədə aqressiv oynadıq, rəqibə rahat oynamaq imkanı vermədik. Hücumlarımızı məntiqi sonluqla başa vurmağı bacardıq.

Ümid edirəm ki, nəticələrimiz uğurlu olacaq və çempionluq sevinci yaşayacağıq. Bu matçda qələbəyə inandıq və bunu bacardıq.

Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun”.

U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə