COP29

Ölkəmizdə çalışan ispan: “Bunu artıq yaddan çıxarmalıyıq”

3 Noyabr 04:00 Basketbol 698
Ölkəmizdə çalışan ispan: “Bunu artıq yaddan çıxarmalıyıq”

"Oyun daha yaxşı işlər görə biləcəyimizi göstərdi".

Sportinfo.az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı "Ordu"ya 82:61 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının III turunun matçı ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis mübarizə əzminə görə komandasına təşəkkür edib.

"Yer aldığımız qrupda birinci yerdəyik. Amma mövsüm hələ irəlidədir. Rəqibimiz ilk iki görüşdə 100 xalla oynayıb. Bu gün onları 61 xalda dayandırmaq çox önəmlidir. Hücumda yaxşı təsir bağışlayırıq. Uşaqlar verilən tapşırıqları lazımınca yerinə yetirməyə çalışırlar. Azarkeşlərimiz yanımızda yox idilər, bu qələbəni onlara həsr edirik. Çempionatda fasilə olacaq. Bundan ən yaxşı şəkildə yararlanmağa çalışacağıq".

"Ordu"nun ispaniyalı baş məşqçisi Alberto Blanko isə bu oyunu yaddan çıxarmalı olduqlarını söyləyib:

"Gəncə” komandasını qələbə münasibəti ilə təbrik edirəm. Onlar buna layiq idilər. Matç bizim üçün yaxşı keçmədi. Atışları düzgün yerinə yetirə bilmədik. Ancaq birinci periodda rəqiblə başabaş mübarizə apardıq. Sonrakı hissələrdə bütün komponentlərdə uduzduq. Bu gün həm də ciddi itkimiz var idi. Səid İsmayılov meydanda deyildi. Onun yoxluğu da oyunumuza təsir göstərdi. Bu matçı artıq yaddan çıxarmalıyıq. Artıq qarşıdakı görüşlərə köklənməliyik".

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 11:00 Bir-bir gəlin!
5 Noyabr 03:50 Növbəti təyinat aldı
5 Noyabr 03:20 Orada bir bizimki var...