Basketbol üzrə Avroliqada II tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, Yunanıstanın "Olimpiakos" komandası doğma meydanda Litva təmsilçisi "Zalgiris Kaunas"a qalib gəlib - 74:68.
İspaniya nəhəngi "Barselona" Almaniyanın "Alba Berlin" kollektivdən (88:73) üstün olub.
Azərbaycan millisinin legioner basketbolçusu Zaq Ledayın çıxış etdiyi "Olimpia Milano" (İtaliya) isə evdə Fransa "Paris"ini üstələyib - 79:74.