COP29

“Növbəti 5 ildə A Divizionunda oynamağı qarşımıza məqsəd qoymuşuq”

13 Oktyabr 03:30 Basketbol 1 281
“Növbəti 5 ildə A Divizionunda oynamağı qarşımıza məqsəd qoymuşuq”

"Bir il əvvəl arzular və hədəflər haqqında danışırdıq, artıq bir çox hədəflərə nail olmuşuq.

Bunun üçün bütün oyunçularımıza təşəkkür edirəm".

Sportinfo.az xəbər verir ki, bunu Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdə deyib.

Qurum rəhbəri federasiyanın hədəflərindən söz açıb:

"Addım-addım, mərhələli şəkildə uğurlara irəliləməliyik. Sistemi düzgün qurmalı və mühiti formalaşdırmalıyıq.

Əsas məqsədlərdən biri uşaq basketbolunu inkişaf etdirməkdir. Qarşımıza daha böyük hədəflər qoymalıyıq.

Aşağı yaş qruplarının C Divizionundakı nəticələr bizi sevindirir. B Divizionunda çıxış etməliyik.

İlk nəticələr bizi sevindirməyə bilər. Növbəti beç ildə isə A Divizionunda oynamağı qarşımıza məqsəd qoymuşuq.

Asan deyil, amma buraya qədər gəlsək, özümüzü basketbol ölkəsi adlandıra bilərik".

Digər Xəbərlər
Xəbər Lenti