“Biz son vaxtlar bu problemi yaşayırıq”

03:30 Basketbol 647
“Biz son vaxtlar bu problemi yaşayırıq”

"İstədiyimiz müdafiəni qura bilmədik."

Sportinfo.az xəbər verir ki, bunu "Şəki"nin baş məşqçisi Bedri Meriç deyib.

Mütəxəssis səfərdə "Gəncə"yə uduzduqları (71:94) Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Evdə oynamağın üstünlüyündən yaxşı yararlandılar.

Oyunçularımız yorğun idi, ehtiyat heyətimiz də kasaddır. Əsas basketbolçularımız da istədiyimiz performansı nümayiş etdirə bilmədilər.

“Gəncə” 60-70 faiz 3 xallıq atışlardan istifadə etdi. Biz son vaxtlar 3 xallıq atışlarda problem yaşayırıq. Bunu son oyunda düzəltməyə çalışacağıq".

İlk qarşılaşmada "Şəki" qalib gəldiyi (85:84) üçün növbəti raunda yüksələn komanda üçüncü görüşdə bəlli olacaq. Cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" duelinin güclüsü ilə üz-üzə gələcək.

Xəbər Lenti