“Bir-iki sadə səhv bizi qələbə istəyimizdən etmişdi”

04:00 Basketbol 566
“Bir-iki sadə səhv bizi qələbə istəyimizdən etmişdi”

"Artıq diqqətimizi üçüncü oyuna yönəltmişik".

Sportinfo.az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı deyib.

Türkiyəli mütəxəssis "Şəki"yə evdə qalib gəldikləri (94:71) Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Komandamı göstərdiyi mübarizəyə görə təbrik edirəm. Kollektiv olaraq basketbolçularımızın hər birinin fikri qələbə qazanmaq idi.

Yaxşı oynadıq. İlk matçda da yaxşı çıxış etmişdik. Bir-iki sadə səhv bizi istəyimizdən etmişdi".

İlk qarşılaşmada "Şəki" qalib gəldiyi (85:84) üçün növbəti raunda yüksələn komanda üçüncü görüşdə bəlli olacaq.

Cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" duelinin güclüsü ilə üz-üzə gələcək.

Xəbər Lenti