“Gəncə” tarazlıq yaratdı

03:10 Basketbol 675
“Gəncə” tarazlıq yaratdı

"Gəncə" Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyununda qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi doğma azarkeşlər önündə "Şəki"ni qəbul edib.

Gəncə İdman Sarayında baş tutan qarşılaşma meydan sahiblərinin 94:71 hesablı qələbəsi ilə bitib.

İlk qarşılaşmada "Şəki" qalib gəldiyi (85:84) üçün növbəti raunda yüksələn komanda üçüncü görüşdə bəlli olacaq. Cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" duelinin güclüsü ilə üz-üzə gələcək.

Pley-off mərhələsində ikinci oyunlara aprelin 22-də yekun vurulacaq.

Xəbər Lenti