COP29

Kim AFFA üçün inkişaf strategiyası yazmaq istəyirsə… MARAQLI TƏKLİF

23 İyul 07:50 Azərbaycan Futbolu 1 477
Kim AFFA üçün inkişaf strategiyası yazmaq istəyirsə… MARAQLI TƏKLİF

AFFA-nın növbəti illər üçün inkişaf strategiyasının yazılması məqsədilə onlayn formatda bir neçə görüş təşkil edilib.

Sportinfo.az xəbər verir ki, görüşlərdə AFFA, həmçinin strategiya əməkdaşı “Double Pass” və “McKinsey & Company” şirkətlərinin nümayəndələri iştirak ediblər. Görüş zamanı aşağıdakı məsələlər müzakirə olunub:

- Strategiyanın yazılması məqsədilə müxtəlif sahələrdə cari vəziyyətin müzakirəsi və təhlil üçün tələb olunan məlumatların toplanma prosesi
- Növbəti həftələrdə hər iki şirkətin nümayəndələri ilə Bakıda planlaşdırılan görüşlərin tarixləri, müzakirə ediləcək məsələlər və növbəti addımlar müəyyən olunub

Strategiyanın yazılması prosesində AFFA-nın üzvü olan qurumlardan, müxtəlif liqalarda yarışan peşəkar futbol klublarından, partnyor və sponsorlardan, media nümayəndələrindən, həmçinin futbol ictimaiyyətindən rəylərin alınması ilə bağlı qərar qəbul olunub.

Toplanan məlumatlar növbəti mərhələlərdə AFFA və əməkdaşlıq etdiyi şirkətlər tərəfindən analiz ediləcək.

Rəylərin toplanması məqsədilə 09.08.2024-cü il tarixində media nümayəndələri ilə görüş təşkil olunacaq.

Görüşdə iştirak etmək üçün media nümayəndələri 02.08.2024-cü il tarixinədək ipr@affa.az email ünvanında qeydiyyatdan keçə bilərlər. Görüşün məkanı və saatları ilə bağlı ətraflı məlumat qeydiyyat prosesi başa çatdıqdan sonra AFFA-nın rəsmi saytında dərc olunacaq.

İctimaiyyətdən gələcək strategiyanın yazılması ilə bağlı potensial təkliflər isə 05.08.2024-cü il tarixinədək qəbul olunacaq. Hər bir şəxs aşağıdakı link vasitəsilə öz təklifini AFFA-ya təqdim edə bilər: https://forms.gle/Mdgp7RzgnA2eJinS9

AFFA-nın üzvü olan qurumlardan, müxtəlif liqalarda yarışan peşəkar futbol klublarından, həmçinin tərəfdaş və sponsorlardan rəylərin toplanması prosesi ilə bağlı məlumat ictimaiyyətə açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?