COP29

“Klubun prezidenti pul xərcləyir, deyir, mənə nəticə ver”

12 Sentyabr 04:00 Azərbaycan Futbolu 1 107
“Klubun prezidenti pul xərcləyir, deyir, mənə nəticə ver”

Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Serbiyaya 0:2 hesabı ilə uduzub.

Komandanın baş məşqçisi Samir Əliyev isə görüşdən sonra açıqlamasında U-21 millimizin uğursuz nəticələrini Premyer Liqada gənc futbolçulara az oyun şansının verilməsi ilə əlaqələndirib.

Sportinfo.az xəbər verir ki, qol.az bu mövzu ilə bağlı futbol mütəxəssisi Yunis Hüseynovun fikirlərini öyrənib.

O, saytımıza açıqlamasında S.Əliyevin haqlı olduğunu qeyd edib:

"Samir Əliyev düz deyir. Premyer Liqada gənclərə az şans verilir. A

mma sponsorlar pul xərcləyirlər ki, klub yaxşı yer tutsun, Çempionlar Liqasına, Avropa Liqasına və ya Konfrans Liqasına vəsiqə qazansın.

Bu, klubun işidir. Gənc futbolçu isə gərək özünü yaxşı tərəfdən elə göstərsin ki, baş məşqçi ona şans versin. Klubu da qınamaq olmur.

Klubun prezidenti pul xərcləyir, deyir mənə nəticə ver. Nəticə olmayanda da baş məşqçi işdən çıxarılır.

Futbolçu gərək yaxşı oynaya ki, baş məşqçi onu əsas heyətə buraxsın. Bu da bizim yaralı yerimizdir. Elə klublar olmalıdır ki, gənc futbolçular yetişsin.

Nəticə vermək istəyən klublar yaxşı futbolçunu kənarda qoymurlar. Məcbur olub heyətə kimisə buraxmaq düzgün deyil. Onda sən kiminsə haqqına girirsən".

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar