
Minifutbol üzrə növbəti Azərbaycan çempionatının başlama tarixi müəyyənləşib.
2024/2025 mövsümünə oktyabrın 3-də start veriləcək.
Oyunlar Bakı Tennis Akademiyasının stadionunda keçiriləcək.
Azərbaycan Minifutbol Federasiyası (AMF) iştirakçıların sayını artıq müəyyənləşdirib. Birincilikdə 16 komanda mübarizə aparacaq.
Bu isə ötənilki sayın saxlanılması deməkdir. Amma yarışmaçıların siyahısında dəyişiklik mümkündür.
AMF maddi cəhətdən durumu normal olan kollektivlərə üstünlük verəcək. Maliyyə sıxıntısı yaşayanlar qeydiyyata alınmayacaq.
Başqa sözlə, federasiya sabitliyi təmin etmək, fors-major halların yaşanmaması üçün bəribaşdan sığrtalanmağa gərək duyub.
SPORTİNFO.AZ