
Azərbaycanda yeni yaradılan "İrəvan" FK-ya prezident təyin olunub. Sportinfo.az-ın məlumatına görə, Zahid Niyazəliyev bu vəzifəyə gətirilib.
Niyazəliyev futbol təsərrüfatına yad sima deyil. 16 il əvvəl birinci dəçstədə mübarizə aparan SAF komandasının baş məşqçisi olub.
"İrəvan" özünə rəhbər tapsa da, hələ baş məşqçinin kimliyinə aydınlıq gətirməyib. Gəray Qarayev və Ramazan Abbasovla işbirliyi alınmayıb.