COP29

Avropada “trasnfer pəncərəsi” bağlandı, Azərbaycanda açıq qaldı

1 Sentyabr 09:00 Azərbaycan Futbolu 988
Avropada “trasnfer pəncərəsi” bağlandı, Azərbaycanda açıq qaldı

Avropada 2024/2025 mövsümü üçün yay transfer pəncərəsinin son günü geridə qalıb.

Sportinfo.az xəbər verir ki, Avropanın ən yaxşı 5 liqasından olan klublar indi yalnız satış edə biləcəklər.

Almaniyada proses avqustun 30-u saat 22:00-a qədər tamamlanıb. Fransada pəncərə Bakı vaxtı ilə gecə yarısı, İngiltərə, İtaliya və İspaniyada isə saat 02:00-də bağlanıb.

Bu yay transferlərə ən çox pul xərcləyən klub İngiltərə təmsilçisi “Çelsi” olub - 261 milyon avro.

Avropada qış transfer pəncərəsi 2025-ci il yanvarın 1 və ya 2-də açılacaq və fevralın 3 və 4-dək davam edəcək.

Azərbaycan klubların heyətlərini gücləndirmək üçün vaxtları var. Proses yalnız sentyabrın 16-da başa çatacaq. Qışda isə bu müddət 14 yanvar - 10 fevral aralığını əhatə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM