COP29

AFFA-nın təşkil etdiyi turnirlərə qeydiyyat başladı

11 İyul 07:50 Azərbaycan Futbolu 483
AFFA-nın təşkil etdiyi turnirlərə qeydiyyat başladı

AFFA 2024/2025 mövsümündə turnirlərdə iştirak etmək istəyən komandalar üçün qeydiyyət mərhələsinə start verib.

Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Qurumun təşkil etdiyi AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11, AFFA U-12, AFFA U-13, AFFA U-14, AFFA U-15, AFFA U-16, AFFA U-17 və AFFA Gənclər Liqasında bu gündən qeydiyyata başlanılıb.

Liqalara qoşulmaq istəyən yeni komandalar avqustun 12-dək liqalar@affa.az elektron ünvanına müraciət edə bilərlər.

U-15, U-16, U-17 və Gənclər Liqası (U-19) 23-24 avqustda, U-10, U-11, U-12, U-13 və U-14 Liqası 21-22 sentyabrda, U-8 və U-9 Liqası isə 28-29 sentyabrda start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti