.jpg)
AFFA-nın İcraiyyə Komitəsi (İK) növbəti dəfə bir araya gələcək.
Bununla bağlı redaksiyamıza son dəqiqə məlumatı daxil olub.
Saytımıza verilən informasiyaya görə, federasiyanın ali qərarverici orqanının aprelin sonu, mayın əvvəlinədək yığışması planlaşdırılıb.
Tədbirin daha tez təşkil edilməsi də istisna olunmur.
Hazırda iclasın gündəliyinin müəyyənləşdirilməsi istiqamətində iş gedir. Hələlik bilinən odur ki, ən azı 5-6 məsələ müzakirəyə çıxarılacaq.
SPORTİNFO.AZ