"Azərbaycanda oynamaq kənardan asan görünə bilər, amma..."

22 Aprel 22:20 Azərbaycan Futbolu 138
"Azərbaycanda oynamaq kənardan asan görünə bilər, amma..."

Qısa müddətdə ölkəmizə gələn özbəkistanlı futbolçuların sayı üçə yüksəldi.

Onların arasında ən məşhuru Rusiya təmsilçisi "Rubin"ə məxsus olan Umarali Raxmonaliyevdir.

28 yaşlı legioner artıq 3 aydı Azərbaycan Premyer Liqasında top qovur.

Maraqlıdır, iki ölkənin futbolunun müqayisə edəsi olsaq, ortaya hansı nəticə çıxar?

Umaralini dinləyək:

"Azərbaycan və Özbəkistan futbolu inkişaf edir. Bütün komandalar yaxşı çıxış edirlər.

Bəzi nüanslar Özbəkistanda, bəziləri isə burada daha yaxşı ola bilər.

Məncə, hər iki ölkənin klubları eyni səviyyədədir.

Kənardan baxdıqda xaricdə oynamaq asan görünə bilər, lakin bu belə deyil”.

“Sabah” Umarali Raxmonaliyevi qış transfer pəncərəsində Rusiya “Rubin”indən icarəyə götürüb. O, cari mövsüm ərzində meydana çıxdığı 9 oyunda 2 qol vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 16:50 Çək və bizə göndər!
22 Aprel 12:00 Musa klub satın aldı
22 Aprel 11:00 Bir bax gör... TƏKLİF!
22 Aprel 08:40 "Mən razı qalmadım"
22 Aprel 03:00 İkisində də 2:1