Ölkəmizdə futbolun inkişafı üçün nə qədər vəsait ayrılıb?

Ölkəmizdə futbolun inkişafı üçün nə qədər vəsait ayrılıb?

Azərbaycanda futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin məbləği açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

2023/2024 mövsümündə olduğu kimi, 2024/2025 mövsümündə də ayrılmış vəsait 39 milyon manat təşkil edib.

Hər iki mövsümdə Premyer Liqa (10 klub) təmsilçilərinə ümumilikdə 30 milyon manat verilib. I Liqa klublarına (əvvəlki mövsümdə 15, hazırda 10 klub) toplamda 3 milyon manat, milli komandaların saxlanılması üçün 3 milyon manat ödənilib.

Region Liqası və Region Liqa oyunlarının keçirilməsi və VAR layihə xərcləri hər iki mövsümdə 1 milyon manata bərabər olub.

Cari mövsümdə II Liqadakı 14 kluba ümumilikdə 700 min manat verilib. Menecer və Məşqci korpusunun təhsilinə (AFFA-nın nəzdində) görə 300 min manat xərclənib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!