.jpg)
“İstəyirsən dağ yarat, nə bilim, baza ən möhtəşəm olsun, meydanda nəticə yoxdursa, tənqid olunacaqsan.
Azarkeşi nəticə, düzgün addımlar maraqlandırır.
AFFA-nın yeni rəhbərliyi çatışmazlıqları açıqladı.
Daha əvvəlkilər kimi demədi ki, neçə top, neçə əlcək almışıq. İşlərin hansı səviyyədə olduğunu görmək üçün bir il də gözləmək lazımdır”.
Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.
Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə AFFA-nın illik hesabatına toxunub, orada səsləndirilən fikirlərə münasibət bildirib, maraqlı şərhlərlə diqqət çəkiblər.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN