
Azərbaycanda son iki mövsümdə futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitlərin ümumi məbləği və meyarlar üzrə bölgüləri açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu göstəricilər AFFA-nın Hesabat Konfransındakı maliyyə hesabatında əksini tapıb.
2023/24 və 2024/25 mövsümlərinin hər birində futbolun inkişafına 39 milyon manat ayrılıb. Bir sözlə, iki mövsüm ərzində futbolun inkişafına 78 milyon xərclənib.
Hər iki mövsümdə Premyer Liqa klublarına 30 milyon, I Liqa təmsilçilərinə 3 milyon, milli komandaların saxlanılmasına 3 milyon, Region Liqası və bu turnirdə oyunların keçirilməsinə 1 milyon, VAR layihəsinə 1 milyon xərclənib.
II Liqa klublarına 700 min, menecer və məşqçi təhsilinə 300 min ayrılıb.